Modern.az

İllik əməkhaqqı fondu 2 dəfə artıb

İllik əməkhaqqı fondu 2 dəfə artıb

İqtisadiyyat

11 Aprel 2022, 11:22

Prezident İlham Əliyevin tapşırıqları əsasında son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə artırılıb.


Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev brifinqdə bildirib.

A.Əliyev qeyd edib ki, son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3 dəfədən çox artım baş verib:


“2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən 3 sosial islahat paketi icra olunub. 2018-2021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya 400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş verib”.


Nazir müavinin sözlərinə görə, 2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə müqayisədə 13,8 dəfə çoxdur.
 

Ümumilikdə son 4 ildə və cari ilin ilk rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi