Modern.az

Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurlu nəticə

Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurlu nəticə

11 Aprel 2022, 12:50

Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (#EGMO) keçirilib. 

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. 

 

Qeyd edilib ki, məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi  Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb. 

 

Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal