Modern.az

Kolleclərə sənəd qəbulu davam edir

Kolleclərə sənəd qəbulu davam edir

11 Aprel 2022, 14:14

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir.

 

DİM-in mətbuat xidmətindən Modern.az-a verilən xəbərə görə, ərizələrin qəbulu aprelin 25-dək internet vasitəsilə aparılır.

 

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 25 aprel saat 23:59-dək davam edəcək.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər.

 

Sənəd qəbulu haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal