Modern.az

Dünya Bankının Azərbaycanla bağlı proqnozları

Dünya Bankının Azərbaycanla bağlı proqnozları

İqtisadiyyat

11 Aprel 2022, 14:36

2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real artımı 2,7 faiz təşkil edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə hesabatında bildirilib.

 

Proqnozlara əsasən, növbəti illərdə Azərbaycanda ÜDM-in artım sürəti azalacaq. 2023-cü ildə bu göstərici 2,2 faiz, 2024-cü ildə 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

 

Dünya Bankı, həmçinin Azərbaycanda əmtəə və xidmət ixracının 2022-ci ildə 2,7 faiz, 2023-cü ildə 1,7 faiz, 2024-cü ildə 1,8 faiz artacağını proqnozlaşdırır. Həmin müddət ərzində Azərbaycanın idxalı müvafiq olaraq 2,6 faiz, 2,7 faiz və 2,7 faiz təşkil edəcək.

 

"2022-ci ildə Azərbaycanda istehlak qiymətləri indeksi 9 faiz, 2023-cü ildə 6,6 faiz, 2024-cü ildə 6 faiz səviyyəsində proqnozlaşdırılır", - hesabatda deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi