ABŞ-ın ölkəmizdəki səfiri Riçard Morninqstar REAL hərakatının üzvlərini qəbul edib. BU barədə Modern.az-a REAL-ın Məclis sədri Erkin Qədirli məlumat verib.
O bildirib ki, ABŞ səfiri ilə görüşdə həmçinin REAL-ın İcra katibi Natiq Cəfərli də iştirak edib.“Bu gün ABŞ səfiri ilə görüşdük. Görüşdə 4 mövzu müzakirə olundu. Əsasən ölkədəki ictimai-siyasi vəziyyət, seçki porsesi, REAL-ın seçki planları və İlqar Məmmədovun həbsi ilə bağlı müzakirələr aparıldı”.
Anar RÜSTƏMOV