Modern.az

Sərnişinlər Bakıdan ən çox bu ölkələrə uçub - SİYAHI

Sərnişinlər Bakıdan ən çox bu ölkələrə uçub - SİYAHI

11 Aprel 2022, 16:12

2022-ci ilin mart ayında Azərbaycanın beynəlxalq hava limanlarının xidmətlərindən 350 minə yaxın insan istifadə etmişdir. Bu, bir il əvvəl eyni dövrlə müqayisədə təxminən iki dəfə çoxdur.

 

Bu barədə Modern.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.

 

Ümumilikdə ilin əvvəlindən bütün aeroportlarda sərnişin axını 886 min nəfər təşkil edib. Onların əksəriyyəti Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə gələn və gedən sərnişinlərdir - onların payı 79%-dir.

 

İlin əvvəlindən Bakı hava limanının baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” 279 min və 86 min sərnişinə xidmət göstərib ki, bu da müvafiq olaraq xidmət göstərilən sərnişinlərin ümumi payının 40%-ni və 12%-ni təşkil edir.

2022-ci ilin mart ayında 25 xarici aviaşirkət Bakı hava limanına müntəzəm uçuşlar həyata keçirib.

 

Mart ayında Bakıdan ən populyar 10 istiqamət sırasına İstanbul, Dubay, Moskva, Tbilisi, Ankara, İzmir, Аbu-Dabi, Frankfurt, Küveyt və Doha daxildir.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır.

 

2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi tərəfindən COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görülmüşdür.

Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir.

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi