Modern.az

Ağsaqqallar Şurasının konfransına nümayəndələr seçilib

Ağsaqqallar Şurasının konfransına nümayəndələr seçilib

6 Fevral 2013, 18:06

Bu gün Xəzər rayon Ağsaqqallar Şurasının iclası keçirilib. İclasda Ağsaqqallar Şurasına yeni sədr seçilib. Bu barədə Modern.az-a millət vəkili Rauf Əliyev məlumat verib. O bildirib ki, Xəzər rayonunda baş tutan iclasda Şuranın yeni sədri Şüvəlan rayonunda yaşayan Rövşən Salahovdur.

  “Hər qəsəbədən Şuraya bir nümayəndə seçilib. Şura üzvlərindən iki nəfər müavin və beş nəfər Respublika Konfransına nümayəndə heyəti seçildi. Konfransda bütün qəsəbələrin ağsaqqalları, icra başçısı, Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin sədri də iştirak edib”.

Qeyd edək ki, bir müddət əvvəl Ağsaqqallar Şurasının sədri Budaq Budaqov vəfat etdiyindən Ağsaqqallar Şurasının sədri vəzifəsi boş qalıb. Tezliklə Şuranın Respublika Konfransı keçirilməli və yeni sədr seçilməlidir.

Gültəkin Ələsgər           

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir