Modern.az

Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

12 Aprel 2022, 08:30

Bakı metrosunda ölüm qeydə alınıb.

 

Bu barədə Modern.az-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

 

Qurum rəsmisinin sözlərinə görə, hadisə bu gün səhər saat 06:30-da "Əhmədli" stansiyasında qeydə alınıb.

 

"Dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya çağırılıb".

 

B. Məmmədov bildirib ki, ölən şəxs Bakı sakini 1955-ci il təvəllüdlü Zülfəli Kazımovdur. O, ürəktutmasından vəfat edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?