Modern.az

Xaricdəki azərbaycanlıların sənədlərində problem var

Xaricdəki azərbaycanlıların sənədlərində problem var

Parlament

12 Aprel 2022, 11:09

"Xarici ölkələrdə yaşayan azərbaycanlıların sənəd məsələsində problem var".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisinə deputatı Sabir Rüstəmxanlı deyib.

 

Deputat qeyd edib ki, sərhədlərdə Azərbaycana qayıtmaq istəyən insanlar çətinliklə qarşılaşırlar:

 

"Onlar bizim insanımızdır. Niyə qayğı göstərmirik? Başqa ölkələr müharibədə, xaricdə qalan bir vətəndaşı üçün belə adam göndərir. Xaricdə yaşayan soydaşlarımızın problemlərinə diqqət göstərməliyik".

 

Deputat xarici ölkələrdə yaşayan azərbaycanlıların ölkəmizdə təhsil almasına şərait yaradılmasını təklif edib:

 

"Mən təklif edirəm ki, Azərbaycanda Dünya Azərbaycanlıları və Güney Azərbaycanlılar universiteti yaradılsın".

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza