Modern.az

Elşad İskəndərov Səudiyyə Ərəbistanı Krallığında rəsmi görüşlər keçirib - FOTO

Elşad İskəndərov Səudiyyə Ərəbistanı Krallığında rəsmi görüşlər keçirib - FOTO

6 Fevral 2013, 19:03

Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov fevralın 6-da Krallığın İslam İşləri, Vəqflər, Dəvət və İrşad naziri - Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx və nazirliyin digər rəsmi şəxsləri  ilə görüşüb.
Komitənin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, işgüzar şəraitdə keçən görüşdə Elşad İskəndərov səfərə rəsmi dəvətə görə təşəkkürünü bildirib, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib. Dövlət Komitəsinin sədri Səudiyyə Ərəbistanının beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə nazirə təşəkkürünü bildirib. 

Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat vermişdir. 

Öz növbəsində Şeyx Saleh bin Əbdüləziz bin əl-Şeyx Səudiyyə Ərəbistanındakı tarixi-dini ənənələr, dövlətin din siyasəti, rəhbərlik etdiyi nazirliyin strukturu, həyata keçirdiyi işlər, barəsində geniş danışıb. Söhbət zamanı əməkdaşlıq perspektivləri, hər iki dövlət qurumunun birgə reallaşdıra biləcəyi layihələr, müzakirə olunmuş, müvafiq razılıqlar əldə edilib. 

Görüşdə xüsusilə müasir dünyada mövcud olan islamafobiya, radikal dini dünyagörüşləri müzakirə edilmiş, bu istiqamətdə görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb.  Görüşün sonunda müzakirə edilmiş əməkdaşlıq imkanlarının əks olunacağı memorandum layihəsinin hazırlanması barədə razılığa gəlinib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanına səfər çərçivəsində DQDİK sədrinin bu ölkənin həcc naziri, Dinlər və Mədəniyyətlərarası Dialoq üzrə Milli Mərkəzinin və Daxili İşlər Nazirliyinin Şəhzadə Nalf adına Reabilitasiya Mərkəzinin rəhbərlikləri, həmçinin bir sıra digər dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir