Modern.az

Atatürkün doğulduğu şəhərdəki Azərbaycan Evindən ilk reportaj - VİDEO

Atatürkün doğulduğu şəhərdəki Azərbaycan Evindən ilk reportaj - VİDEO

12 Aprel 2022, 12:25

Diasporla İş üzrə Dövlət Komitəsinin və İctimai Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının növbəti buraxılışı Yunanıstanın Saloniki şəhərində yerləşən Azərbaycan Evindən hazırlanıb.

 

Komitədən Modern.az-a verilən məlumata görə, Rəşid Məmmədovun rəhbərlik etdiyi “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Evində Salonikidə və ətraf şəhərlərdə yaşayan həmvətənlərimiz, eləcə də dost xalqların nümayəndələri tez-tez bir araya gəlir, Azərbaycanın milli bayramlarını, əlamətdar günləri birlikdə qeyd edir, Azərbaycan mədəniyyətini, tarixini və adət-ənənələrini təbliğ edir, ölkəmizlə bağlı xoş xatirələrini bölüşürlər.

 

Qeyd edək ki, Saloniki Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün doğulduğu şəhərdir.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu