"Respublika ərazisindəki su ehtiyatlarından səmərəli istifadə ilə bağlı elektron su təsərrüfatı informasiya sistemi hazırlanır".
Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbi Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov "Ekspert saatı" verilişində məlumat verib.
"Su ehtiyatlarından səmərəli istifadə məqsədilə hazırlanan yeni sistem “ASAN Xidmət”ə aiddir. Bunun mərhələli şəkildə istifadəyə verilməsi gözlənilir. Fəaliyyət planı çərçivəsində 25 yeni avtomat hidroloji stansiyalar qurulub. Onlardakı məlumatlar onlayn şəkildə sistemə yönləndiriləcək", - deyə qurum rəsmisi bildirib.