Modern.az

Son sutkada 36 nəfər yoluxdu - ÖLƏN YOXDUR

Son sutkada 36 nəfər yoluxdu - ÖLƏN YOXDUR

12 Aprel 2022, 16:31

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

 

İndiyədək ölkədə ümumilikdə 792 289 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 375 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 211 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4775, bu günə qədər isə ümumilikdə 6 750 860 test icra olunub.

 

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?