Modern.az

16 nəfərin imtahan nəticəsi ləğv olundu

16 nəfərin imtahan nəticəsi ləğv olundu

12 Aprel 2022, 19:46

12-13 mart tarixlərində XI siniflərin buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 46115 nəfərdən 626 nəfər imtahana gəlməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

Qeyd olunub ki, tələb olunan imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub.

 

İmtahan iştirakçıları arasında 3 nəfər – Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin, Mingəçevir şəhəri Şəhər təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin, Bakı şəhəri 245 saylı orta məktəbin məzunları 297.5 bal toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal