Modern.az

Qırğızıstan və Tacikistan razılığa gəldi

Qırğızıstan və Tacikistan razılığa gəldi

Dünya

12 Aprel 2022, 22:55

Qırğızıstan və Tacikistanın nümayəndələri silahlı qüvvələrin sərhədin münaqişəli bölgəsindən çıxarılması barədə razılığa gəliblər. 

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat yayıb.

 

"Danışıqlar zamanı əlavə qüvvə və vasitələrin daimi dislokasiya məntəqələrinə çıxarılması ilə bağlı qərar qəbul edilib. Dərhal tərəflər silahlı qüvvələrini və vasitələrini ərazidən çıxarmağa başlayıblar", - məlumatda deyilir.

 

Qeyd edək ki, bu gün iki ölkənin sərhədçiləri arasında silahlı insident baş verib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək