Modern.az

Kansler Putinlə görüş barədə Zelenskiyə məlumat verdi

Kansler Putinlə görüş barədə Zelenskiyə məlumat verdi

Dünya

12 Aprel 2022, 23:15

Avstriya kansleri Karl Nehammer və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Nehammerin özü məlumat verib.

 

Telefon danışığı zamanı o, Zelenskiyə Moskvada Rusiya prezidenti Vladimir Putinlə apardığı danışıqlar barədə məlumat verib.

 

Aprelin 11-də Nehammer Putinlə danışıqlar aparıb. Görüşdən sonra Nehammer deyib ki, Putinə Ukrayna liderinin onunla şəxsi danışıqlar aparmaq istəyi barədə məlumat verib, lakin qarşı tərəf buna ciddi reaksiya verməyib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək