Modern.az

Ukrayna üçün ən faydalı silahlar BUNLARDIR

Ukrayna üçün ən faydalı silahlar BUNLARDIR

Dünya

13 Aprel 2022, 00:49

Pentaqon rəhbəri aprelin 13-də ABŞ-ın səkkiz aparıcı silah istehsalçısının liderlərini qəbul edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

 

Görüşdə Ukraynadakı müharibə illər boyu davam edərsə, bu ölkənin silaha olan ehtiyacını ödəmək yolları müzakirə ediləcək. Bundan əlavə, danışıqlarda tədarükün artırılması, eləcə də uzunmüddətli hərbi əməliyyatların planlaşdırılması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.

 

Pentaqondan bildirilib ki, Ukrayna üçün ən faydalı silah Vaşinqton və müttəfiqlərinin demək olar ki, hər gün Ukraynaya tədarük etdiyi "Javelin" və "Stinger" kimi kiçik sistemlərdir. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək