Modern.az

Bayden Putini ilk dəfə soyqırımında İTTİHAM ETDİ

Bayden Putini ilk dəfə soyqırımında İTTİHAM ETDİ

Dünya

13 Aprel 2022, 10:00

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putini ilk dəfə soyqırımında ittiham etdiyini açıq şəkildə bildirib.

Modern.az xəbər verir ki, “Amerikanın Səsi”nin məlumatına görə, Bayden bunu Ayova ştatında artan qaz qiymətləri və ümumilikdə inflyasiya ilə bağlı çıxışı zamanı deyib.


Bayden administrasiyası deyir ki, ABŞ-ın yanacaqdoldurma məntəqələrində qazın qiymətinin sürətlə artmasının arxasında duran əsas amil Rusiya qoşunlarının mülki şəxslərə qarşı zorakılıqda ittiham olunduğu Ukraynaya müdaxiləsi olub.
 

Ukrayna hələ Kiyevətrafı Buça şəhərində rus hərbçiləri tərəfindən öldürüldüyü iddia edilən yüzlərlə mülki şəxsin cəsədi tapılmamışdan əvvəl Rusiyanı müharibə cinayətləri törətməkdə ittiham edib.


Ötən həftə Bayden Putini “müharibə cinayətkarı” adlandırıb və Rusiya prezidentini hərbi cinayətlərdə ittiham olunmaq üçün mühakimə edilməyə çağırıb.
 

Lakin ABŞ hüquqi tərifin sərtliyinə və ittihamın ağırlığına görə beynəlxalq protokollara uyğun olaraq “soyqırımı” ifadəsini işlətməmişdi.

Keçən həftə bir jurnalistin Buçadakı qətllərin soyqırımı ilə eyniləşdirilə biləcəyinə dair sualına Bayden belə cavab vermişdi: “Xeyr, məncə, bu, müharibə cinayətidir”.


Bu dəfə Bayden Putin barədə fərqli ittiham səsləndirib: “Mən artıq bunu soyqırımı adlandırdım, çünki getdikcə daha aydın olur ki, Putin sadəcə ukraynalı olmaq ideyasını məhv etməyə çalışır. Və sübutlar getdikcə artır”.


Bayden onu da vurğulayıb ki, ABŞ beynəlxalq hüquqşünaslara Buça qətliamının soyqırımına uyğun olub-olmadığını araşdırmağa icazə verəcəyik.
 

Bayden dəfələrlə Vladimir Putini hərbi cinayətkar adlandırıb, lakin əvvəllər Rusiyanın Ukraynada soyqırımı törətdiyini bəyan etməyib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək