Modern.az

Regional Təhsil İdarələrinin nə vaxt işə başlayacağı AÇIQLANDI

Regional Təhsil İdarələrinin nə vaxt işə başlayacağı AÇIQLANDI

13 Aprel 2022, 11:28

"Yaxın günlər ərzində Regional Təhsil İdarələrinə yerdəyişmələrin aparılmasına başlanılacaq".

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, artıq Regional Təhsil İdarələrinin strukturu təsdiq olunub:

 

"Yaxın günlər ərzində yerli təhsil şöbələrində çalışan insanların yeni struktura köçürülməsi, eləcə də müvafiq qaydada yeni təyinatların olması nəzərdə tutulub. Hesab edirəm ki, bu ayın sonuna qədər Regional Təhsil İdarələrinin ilkin səviyyədə tam fəaliyyəti təmin ediləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama