Modern.az

Güclü sel 259 nəfərin həyatına son qoydu

Güclü sel 259 nəfərin həyatına son qoydu

Dünya

13 Aprel 2022, 18:13

Cənubi Afrika Respublikasının (CAR) şərqindəki KvaZulu-Natal əyalətində baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 259-a çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Həftənin əvvəlindən ölkənin ən böyük şəhərlərindən biri olan Durban və ətraf bölgələrdə hər kvadratmetrə 300 millimetrə çatan yağıntı sel və torpaq sürüşməsinə səbəb olub.

 

Daşqın səbəbindən bölgədə bir çox bina və infrastruktur zədələnib, ölkənin ən böyük limanı olan Durban limanından daşımalar dayandırılıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək