Modern.az

İsveçrə də Rusiya və Belarusa sanksiya tətbiq etdi

İsveçrə də Rusiya və Belarusa sanksiya tətbiq etdi

Dünya

13 Aprel 2022, 18:24

İsveçrə Federal Şurası (hökuməti) Rusiya və Belarusa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. 

 

Modern.az xəbər verir ki, bu barədə İsveçrə hökumətinin saytında məlumat yer alıb.

 

Qərara əsasən, 200 nəfər maliyyə sanksiyalarına və səyahət məhdudiyyətinə məruz qalıb. Aİ-dən fərqli olaraq, İsveçrə nəqliyyat kommunikasiyalarına məhdudlaşdırıcı tədbirlər tətbiq etməyib.

 

Qeyd olunub ki, Federal Şura nəqliyyat qadağası istisna olmaqla, Aİ-nin Rusiya və Belarusa qarşı tətbiq etdiyi yeni tədbirləri həyata keçirmək barədə qərar verib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək