Rusiyalı senator, iş adamı Süleyman Kərimova məxsus olduğu iddia edilən yaxta Ficidə ələ keçirilib.
Modern.az xəbər verir ki, bu barədə məlumatı Ficinin yerli FBC telekanalı hüquq-mühafizə orqanlarına istinadən yayıb.
Məlumata görə, "Amadea" yaxtası çərşənbə günü icazə olmadan Ficinin iqtisadi zonasına daxil olub. Yaxta saxlanılıb və hüquq-mühafizə orqanları onun sahibini müəyyən etməyə başlayıb.
İlkin rəy kimi yaxtanın Süleyman Kərimova məxsus olduğu bildirilib.
Xatırladaq ki, Rusiyanın qızıl mədən şirkəti "Polyus"un ən böyük səhmdarı olan Süleyman Kərimov martın ortalarında Avropa İttifaqının "qara siyahı"sına salınıb. Onun Avropa İttifaqına girişi qadağan edilib və aktivlərinin dondurulacağı qeyd olunub.