Modern.az

Ukraynada 197 uşaq ÖLDÜRÜLÜB

Ukraynada 197 uşaq ÖLDÜRÜLÜB

Dünya

14 Aprel 2022, 10:33

"Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində 197 uşaq ölüb, 351-i müxtəlif dərəcədə yaralanıb”.

 

Modern.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

 

Bildirilib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından bəri 548 uşaq xəsarət alıb. Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək