Modern.az

Putin Zelenski ilə görüşdən imtina etmir

Putin Zelenski ilə görüşdən imtina etmir

Dünya

14 Aprel 2022, 14:58

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən imtina etmir.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“Rusiya Prezidenti bu görüşdən heç zaman imtina etməyib. Lakin bunun üçün müəyyən şərtlər, daha dəqiq desək, sənəd hazırlanmalıdır. Hələ bu məsələ ilə bağlı sizə heç bir yeni məlumat verə bilmərik”, - deyə Peskov mediaya açıqlamasında vurğulayıb.

 

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya və Ukrayna prezidentlərinin görüşünün yaxın vaxtlarda keçirilə biləcəyini, lakin hər şeyin Rusiya liderinin mövqeyindən asılı olduğunu bildirmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək