Modern.az

Makron soyqırımı ifadəsini işlətməməsini İZAH ETDİ

Makron soyqırımı ifadəsini işlətməməsini İZAH ETDİ

Dünya

14 Aprel 2022, 16:45

Aprelin 14-də səhər saatlarında Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, söhbət zamanı Makron Zelenskiyə niyə soyqırımı ifadəsini işlətmədiyini izah edib.

 

Prezident görüş barədə təfərrüatları "France blue" radiostansiyasına açıqlamasında bildirib. Bu zaman o, "soyqırımı termini siyasətçilər tərəfindən yox, hüquqşünaslar tərəfindən müəyyən edilməlidir", - deyib.

 

"İndi hamının diqqətini ona çəkmək istəyirəm ki, əgər bu, soyqırımıdırsa, belə düşünən dövlətlər beynəlxalq konvensiyalara uyğun olaraq vəziyyətə müdaxilə etməlidirlər. Düşünmürəm ki, bunu insanlar istəyir. Çünki  bu qarşıdurmada tərəflərdən biri olmaq deməkdir".

 

"Kömək etmək başqa, mənasız sözlərlə eskalasiya xəttini izləmək başqa şeydir. Mən öz davranış xəttimi saxlayıram. Mənim xəttim bu müharibəni bitirmək, ukraynalıları dəstəkləmək və soydaşlarımızı qorumaq üçün hər şeyi etməkdir", - deyə Fransa lideri əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək