Modern.az

Büdcəyə vergi daxilolmaları ARTIB

Büdcəyə vergi daxilolmaları ARTIB

İqtisadiyyat

14 Aprel 2022, 16:52

2022-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 2 milyard 802,2 milyon manat vergi daxil olub, proqnoza 123,8% əməl edilib.

 

Xidmətdən Modern.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 34,4% faiz və ya 716,5 milyon manat artıb.

 

Qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 249,4 milyon manat olub, proqnoza 128,6% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 499,8 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 milyon manat artıb.

 

Qeyri-neft-qaz sektorunun özəl bölməsi üzrə cəmi vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 47,9 faiz artaraq 1 milyard 699,5 milyon manat təşkil edib.

 

Regionlar üzrə daxilolmalar 262,2 milyon manat olmaqla, proqnoz 114,4 faiz icra edilib, ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2 faiz artıb.

 

Ödənilən vergilərin 80,3 faizi qeyri-neft-qaz sektorunun, 19,7 faizi neft-qaz sektorunun payına düşüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi