Modern.az

Hərbi vəziyyət pisləşəcək - Rusiya rəsmisi

Hərbi vəziyyət pisləşəcək - Rusiya rəsmisi

Dünya

14 Aprel 2022, 17:32

İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi sahədə vəziyyəti ciddi şəkildə pisləşdirəcək və ən arzuolunmaz nəticələrə gətirib çıxaracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko TASS-a bildirib.

 

O, həmçinin deyib ki, Rusiya Federasiyası Finlandiya və İsveçlə diplomatik əlaqələr saxlayır:

 

"Diplomatik təmaslar həmişə saxlanılır, səfirliklər var. Amma İsveç və Finlandiya sanksiyalara qoşulub, onlar Qərbdə başlanan anti-Rusiya kampaniyasında iştirak edirlər, bu, günün reallığıdır".

 

Qruşkonun sözlərinə görə, İsveç və Finlandiya NATO-ya daxil olarsa, Rusiya Federasiyası təhlükəsizliyi və müdafiəni təmin etmək üçün lazımi tədbirlər görməyə məcbur olacaq. Əlavə olaraq o, qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması hərbi-siyasi vəziyyətin köklü dəyişməsi deməkdir.

 

Nazir ümavini deyib ki, İsveç və Finlandiyanın onilliklər ərzində neytral statusu bu dövlətlər və region üçün çox yüksək səviyyədə təhlükəsizliyi təmin edib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək