Türkiyənin Antalya şəhərində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Aralıq dənizi sahillərində qeydə alınan zəlzələ yerli vaxtla saat 16:36-da hiss olunub.
Yeraltı təkanlar 4,1 bal gücündə, 11,18 kilometr dərinlikdə olub.