Modern.az

Axtarışda olan terrorçu 7 il sonra TUTULDU

Axtarışda olan terrorçu 7 il sonra TUTULDU

Dünya

14 Aprel 2022, 18:25

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK terrorçusu Abdulkerim Yılmazı İraqın Şimalında ələ keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

Məlumata görə, 2015-ci ildə 4 terror təşkilatı üzvünü avtomobili ilə Türkiyəyə gətirən Abdulkerim Yılmaz barəsində axtarış elan edilib. 

 

Axtarış qərarından sonra qeyri-qanuni yollarla İraqa gedən və 2015-ci ildən Şimali İraqda qanunsuz yaşayan terrorçu saxlanılaraq Türkiyəyə gətirilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək