Modern.az

Ukraynaya silah verilməsi dayandırıldı 

Ukraynaya silah verilməsi dayandırıldı 

Dünya

14 Aprel 2022, 20:21

Yunanıstan Ukraynaya silah göndərməyi dayandırmaq qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopulos məlumat verib.

 

Yunanıstan parlamentində çıxış edən nazir Afinanın Ukraynaya bir daha hərbi texnika göndərməyəcəyini bəyan edib.

 

“Yunanıstan ərazisinin, xüsusən də adaların müdafiəsi daha çox silah göndərməklə zəifləməməlidir. Ukraynaya göndərdiyimiz texnikaların hamısı ordumuzun arsenalından verilib. Daha çox göndərə bilmərik”, - deyə o qeyd edib.

 

Müharibənin ilk günlərində Yunanıstan iki C-130 hərbi yük təyyarəsi ilə Ukraynaya hərbi texnika göndərib. Kiyevə verilən hərbi məhsullar əsasən "Kalaşnikov" avtomatları və RPG-lərdən ibarət olub.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək