Modern.az

İlon Mask “Twitter”i tamamilə almaq istəyir

İlon Mask “Twitter”i tamamilə almaq istəyir

Dünya

14 Aprel 2022, 21:52

Dünyanın ən zəngin iş adamlarından biri olan İlon Mask "Twitter" mikrobloqunu tamamilə almaq istəyir.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, o, sosial şəbəkəni tamamilə almaq üçün 41 milyard dollar təklif edib.

 

İlon Mask ötən həftə "Twitter"in 9,2 faizlik səhmlərini alaraq şirkətin ən böyük səhmdarı olub.

 

O, bu yaxınlarda şirkətin idarə heyətinə daxil olmayacağını bildirib. Mask qeyd edib ki, direktorlar şurasına daxil olmaq onun şirkəti almasına mane olacaq.

 

Milyarder "Twitter"ə hər bir səhm üçün 54,2 dollar təklif edərək şirkəti almağa hazır olduğunu vurğulayıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək