Modern.az

Rusiyanın ən bahalı itkiləri açıqlandı - SİYAHI

Rusiyanın ən bahalı itkiləri açıqlandı - SİYAHI

Dünya

14 Aprel 2022, 22:56

"Moskva" raket kreyeri Ukraynada müharibənin başlamasından indiyədək Rusiyanın ən bahalı itkisi olub.

Modern.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

Gəminin ümumi dəyərinin 750 milyon dollar olduğu bildirilir.

Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" raketləri ilə vurulduğunu açıqlayıb. Rusiya gəmidə hələlik bilinməyən səbəbdən yanğın çıxdığını və döyüş sursatlarının partladığını bəyan edib.

"Forbes" müharibənin başlanmasından bəri Rusiyanın ən bahalı itkilərini açıqlayıb. Həmin siyahını təqdim edirik:

"Moskva" raket kreyseri - 750 milyon dollar.

- İl-76 nəqliyyat təyyarəsi - 86 milyon dollar.

- Böyük desant gəmisi - 75 milyon dollar.

- 10 ədəd Su-30SM qırıcısı - 50 milyon dollar.

- 20 qırıcı-bombardmançı - 40 milyon dollar.

- 3 ədəd Su-35 qırıcısı - 32 milyon dollar.

- İl-22PP elektron döyüş təyyarəsi - 30 milyon dollar.

- Ka-52 helikopterləri - 16 milyon dollar.

- Ka-50 hücum helikopterləri - 16 milyon dollar.

- "Pantsir-S1" zenit-raket kompleksi - 14 milyon dollar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək