Modern.az

Buçada kütləvi məzarlıqdan 73 nəfərin cəsədi tapıldı

Buçada kütləvi məzarlıqdan 73 nəfərin cəsədi tapıldı

Dünya

14 Aprel 2022, 23:12

Ukraynanın Kiyev vilayətinin Buça şəhərində yerləşən Müqəddəs Endryu kilsəsinin yaxınlığındakı kütləvi məzarlıqdan 73 nəfərin cəsədi çıxarılıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin meri Anatoli Fedoruk UNIAN-a bildirib.

 

Onun sözlərinə görə, şəhərdə tapılan 403 cəsəddən 167-nin şəxsiyyəti müəyyən edilib.

 

Bir gün əvvəl Haaqa Beynəlxalq Tribunalının baş prokuroru Kərim Xan Buçaya səfər edib və burada ağır cinayətlər törədildiyini vurğulayıb.
 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək