Fransa tezliklə Ukraynadakı səfirliyini Kiyevə qaytaracaq.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığında Fransanın XİN başçısı Jan-İv Le Drian məlumat verib.
Xatırladaq ki, martın əvvəlində Ukraynada davam edən müharibə ilə əlaqədar Fransa səfirliyini Kiyevdən Lvova köçürüb. Eyni zamanda, Fransa öz vətəndaşlarını Ukraynaya, o cümlədən Kiyevə qayıtmamağa çağırıb.
Akif İsmayılov