Modern.az

Ukraynanın vurduğu “Moskva kreyseri batdı - RƏSMİ

Ukraynanın vurduğu “Moskva” kreyseri batdı - RƏSMİ

Dünya

15 Aprel 2022, 00:10

Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının flaqmanı hesab olunan "Moskva" raket kreyseri batıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

 

Gəminin batmasına səbəb kimi havanın fırtınalı olması göstərilib.

 

Qeyd olunub ki, gövdəsində sursatların partlaması nəticəsində gəmi dayanıqlığını itirib və təyinat limanına gədərkən batıb.

 

Xatırladaq ki, Ukrayna tərəfi gəminin yerli istehsal "Neptun" gəmi əleyhinə raket sistemləri ilə vurulduğunu bildirib. Rusiya Müdafiə Nazirliyi isə gəmidə partlayış olduğunu bəyan edib. Nazirlik sovet dövründən qalma gəmidə yanğının qarşısının alındığını, lakin gəmiyə ciddi ziyan dəydiyini qeyd edib.

 

Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək