Modern.az

Ermənistan Rusiyanın şərtini qəbul etdi

Ermənistan Rusiyanın şərtini qəbul etdi

Dünya

15 Aprel 2022, 09:40

Ermənistan Rusiya qazına görə ödənişləri rublla həyata keçirir.

 

Modern.az xəbər verir ki, bu barədə RBC-yə ölkənin iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.

 

Nazir qeyd edib ki, qiymətlər dollarla hesablanır, lakin ödəniş rublla edilir.

 

“Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumatı təsdiqləyib: “Həqiqətən də, “Qazprom”un Ermənistana qaz tədarükü üzrə müqavilə qazın pulunu rublla ödəməyə imkan verir və bu imkandan istifadə olunur”.

 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qeyd edib ki, İrəvan Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib, lakin qazın rublla tədarükü ilə bağlı danışıqlar martın 23-dən aparılır.

 

Xatırladaq ki, martın 31-də Rusiya prezidenti Vladimir Putin qeyri-dost ölkələrə qaz tədarükünə görə ödənişin yeni qaydasını müəyyən edən fərman imzalayıb. Fərmana əsasən qaz satışı rublla həyata keçirilməlidir. Avropa ölkələri Rusiyanın bu qərarına etirazını bildirib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək