Modern.az

Ukraynada öldürülən uşaqların sayı 198-ə çatdı

Ukraynada öldürülən uşaqların sayı 198-ə çatdı

Dünya

15 Aprel 2022, 10:00

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 198 uşaq ölüb, 355 uşaq güllə və qəlpə yarası alıb”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu tərəfindən yayılan məlumatda bildirilib.

 

Rəsmi məlumata görə, müharibə başlayandan indiyədək ümumilikdə 548 uşaq xəsarət alıb.

 

Uşaqlara daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət yetirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək