Fransa prezidentliyinə namizəd Marin Le Pen silah istehsalı sahəsində Fransa-Almaniya əməkdaşlığının dayandırılmasının tərəfdarı olduğunu bildirib.
Modern.az xəbər verir ki, Le Pen bu barədə BFM televiziya kanalına müsahibəsində deyib.
"Mən Almaniya ilə silahlanma sahəsində sənaye əməkdaşlığına son qoymaq niyyətindəyəm. Müdafiə ixracı sahəsində fərqli siyasətlərimiz var", - prezidentliyə namizəd vurğulayıb.
Qeyd edək ki, Fransa və Almaniya bir sıra müdafiə texnologiyaları üzrə əməkdaşlıq edir. Ölkələr beynəlxalq FCAS proqramı çərçivəsində hazırlanmış beşinci nəsil Next Generation Fighter Avropa qırıcısının yaradılması üzərində birgə iş aparır. Güman edilir ki, yeni döyüş təyyarəsi 2040-cı illərdə Almaniya və Fransa Hərbi Hava Qüvvələrində xidmətdə olan “Tayfun” və “Rafale” qırıcılarını əvəz edəcək.