Modern.az

Dövlət qurumlarında narkomanlar çalışır – Deputatdan şok iddia

Dövlət qurumlarında narkomanlar çalışır – Deputatdan şok iddia

15 Aprel 2022, 12:46

“Bizdə olan qeyri-rəsmi məlumatlara görə, dövlət qurumlarında narkotik testindən keçməyən və narkotikə qurşanan şəxslər var. Biz bunun qarşısını almalıyıq”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

"Onlar kifayət qədər səlahiyyətli mövqelərə sahibdirlər. Bir narkomanın hər hansı posta olması o deməkdir ki, o, narkotiklərin yayılmasında xüsusi rol ala bilər. Hesab edirəm ki, bu məsələdə total dövlət nəzarəti həyata keçirilməlidir", - deputat qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi