Modern.az

Problemli kreditlərin həcmi AZALIB

Problemli kreditlərin həcmi AZALIB

İqtisadiyyat

15 Aprel 2022, 15:42

2022-ci il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz artaraq, milli valyuta ekvivalentində 17587,2 milyon manat təşkil edib.

 

Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 14165,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb.

 

Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 24,8 faiz azalaraq 690,2 milyon manat olub və ümumi kredit portfelinin 3,9 faizini təşkil edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi