Modern.az

Putin nə qədər qazanır? - Rusiya liderinin gəlirləri ARTIB

Putin nə qədər qazanır? - Rusiya liderinin gəlirləri ARTIB

Dünya

15 Aprel 2022, 18:31

Rusiya prezidenti Vladimir Putin 2021-ci ildə 10 milyon 202 min 616 rubl gəlir əldə edib.

Modern.az xəbər verir ki, bu barədə onun Kremlin saytında dərc olunan gəlir, xərc və əmlak bəyannaməsində qeyd olunub.

Putinin bu il əldə etdiyi gəlir ötən illə müqayisədə 207,9 min rubl artıb. Belə ki, Rusiya lideri ötən il 9 milyon 994 min rubl gəlir bəyan edib. 

Rusiya prezidenti indiyədək ən çox 2017-ci ildə gəlirə sahib olub. Həmin il Putin 18,7 milyon rubldan çox pul qazandığını elan edib.

Bəyannamədə Putinin 77 kvadrat metrlik evə, 18 kvadrat metrlik qaraja, iki ədəd "Volqa", bir ədəd "Niva" maşınlarına sahib olduğu bildirilib. Bundan başqa, onun Rusiyada 153.7 kvadrat metrlik daha bir evi olduğu qeyd edilib.

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək