Pakistanın Şimali Vəziristan vilayətində hərbçilərlə terrorçular arasında toqquşma olub.
Modern.az xəbər verir ki, bu barədə Xidmətlərarası İctimai Əlaqələr (ISPR) xidməti məlumat yayıb.
Terrorçular Pakistan-Əfqanıstan sərhədi yaxınlığında hərbçiləri daşıyan hərbi karvanı pusquya salıb. Atışma zamanı terrorçulardan 4-ü zərərsizləşdirilib. Pusquya düşən hərbçilərdən 7-si həlak olub.
Akif İsmayılov