Modern.az

ABŞ-dan Rusiyaya CAVAB: Bizi heç nə dayandıra bilməz”

ABŞ-dan Rusiyaya CAVAB: “Bizi heç nə dayandıra bilməz”

Dünya

15 Aprel 2022, 23:14

“Bizi heç nə Ukraynaya hərbi yardım göstərməkdən çəkindirə bilməz”.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

 

“Ruslar bunu rəsmi şəkildə bəyan etməsələr də istənilən halda heç nə bizi başladığımız strategiyadan çəkindirə bilməz”, - deyə Prays Moskvaya mesaj verib.

 

“The Washington Post” nəşri yazıb ki, Moskva Ukraynaya silah tədarükü fonunda Vaşinqtona etiraz notası göndərib.

 

“Biz ABŞ və onun müttəfiqlərini regional və beynəlxalq təhlükəsizlik üçün gözlənilməz nəticələrə səbəb olan Ukraynanın məsuliyyətsiz hərbiləşdirilməsini dayandırmağa çağırırıq”, - nəşr sənəddən sitat gətirib.

 

Qəzetin yazdığına görə, nota ABŞ prezidenti Co Baydenin Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim etməsi barədə bəyanatı ilə əlaqədar göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək