Modern.az

Zelenskidən ÇAĞIRIŞ: Rusiyanı terrora sponsorluq edən ölkə kimi tanıyın

Zelenskidən ÇAĞIRIŞ: “Rusiyanı terrora sponsorluq edən ölkə kimi tanıyın”

Dünya

15 Aprel 2022, 23:27
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Co Baydendən Rusiyanı “terrora sponsorluq edən ölkə” kimi tanımağı xahiş edib.
 
Modern.az xəbər verir ki, bu barədə “Washington Post” etibarlı mənbələrə istinadən məlumat yayıb.
 
Qəzet bu qərarın ABŞ-ın ən güclü və radikal sanksiyalarından biri ola biləcəyini vurğulayır.
 
Məsələnin Zelenski ilə Bayden arasında bu yaxınlarda baş tutan telefon danışığında müzakirə edildiyi, lakin Amerika liderinin konkret cavab vermədiyi bildirilir.
 
Qəzet yazır ki, Bayden Zelenskini Moskvaya təzyiqi artırmaq üçün bir sıra təklifləri nəzərdən keçirmək niyyətində olduğuna inandırıb.
 
Akif İsmayılov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək