Ukrayna ABŞ-dan gəmi əleyhinə raketlər və digər sahil müdafiə sistemləri istəyir.
Modern.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yüksək vəzifəli ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Pentaqonun yüksək rütbəli rəsmiləri, həmçinin bildiriblər ki, Amerikanın müdafiə şirkətləri Ukrayna və digər ABŞ müttəfiqlərinə tədarük edə biləcəyi əlavə gəmi əleyhinə raketlər üçün təkliflər hazırlayacaq.
Qəzetin məlumatına görə, Rusiya Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva" kreyserinə hücum sahildən atılan gəmi əleyhinə raketlərin gücünü nümayiş etdirib və Ukraynanın bu cür silahlara olan tələbarını artırıb.
Akif İsmayılov