Modern.az

Zelenski ölən və yaralanan ukraynalı əsgərlərin sayını AÇIQLADI

Zelenski ölən və yaralanan ukraynalı əsgərlərin sayını AÇIQLADI

Dünya

16 Aprel 2022, 08:21

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı aparılan müharibədə 3 minədək ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.
 

Modern.az xəbər verir ki, prezident bunu CNN telekanalına müsahibəsində deyib.


V.Zelenski bildirib ki, Ukrayna rəsmiləri müharibədə 3 minədək Ukrayna əsgərinin öldüyünə inanır, lakin müqayisə üçün ölən rus əsgərlərinin sayı 19-20 min nəfərdir.


Dövlət başçısı əlavə edib ki, 10 minə yaxın Ukrayna əsgəri yaralanıb və onlardan nə qədərinin sağ qalacağını söyləmək çətindir.


Onun sözlərinə görə, mülki əhali arasında itkiləri hesablamaq daha çətindir.


“Mülki əhalidən ölənlərin sayı  haqda danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda şəhər və kəndlər blokadaya salınıb - Xerson, Berdyansk, daha şərqdə Mariupol və Volnovaxın yerləşdiyi ərazidə nə qədər insanın öldüyünü dəqiq bilmirik”, - deyə Zelenski bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək