Modern.az

Azərbaycan İrəvanda gözlənilən hərbi çevrilişə HAZIR OLMALIDIR

Azərbaycan İrəvanda gözlənilən hərbi çevrilişə HAZIR OLMALIDIR

16 Aprel 2022, 11:40

“İrəvanda Paşinyana qarşı təşkil olunan aksiyalar, paralel olaraq Qarabağın dağlıq hissəsində "DQR" tör-töküntülərinin həm hərbi, həm də siyasi fəallaşması vəziyyətin gərginləşəcəyinə açıq mesajdır”.

Modern.az xəbər verir ki, bunu "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.

Politoloq qeyd edib ki, Ermənistanda qiyam, inqilab, hərbi çevriliş, sui-qəsd və ya hər hansı oxşar bir hadisə baş verə bilər. Odur ki, Azərbaycan tərəfi qabaqlayıcı addımlar atmalıdır.

Siyasi ekspert Azərbaycan hakimiyyətinin 2 mühüm addımı atmalı olduğunu vacib sayıb:

“- Rusiyadan Azərbaycan ərazisindəki "sülhməramlılarını" müəyyən zaman ərzində (məsələn, 48 saat) çıxarmağı tələb etmək;

- Verilən vaxt başa çatan kimi antiterror əməliyyatına başlamaq və yaraqlıları tərksilah etmək”.

Ə.Oruclunun fikrincə, əks halda hər şey status-kvo (1988) vəziyyətinə qayıda bilər ki, bu da Azərbaycan üçün qəbuledilməzdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI