Modern.az

Məleykə Abbaszadə narazı abituriyentlərə CAVAB VERDİ

Məleykə Abbaszadə narazı abituriyentlərə CAVAB VERDİ

Təhsil

16 Aprel 2022, 12:33

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Apellyasiya komissiyalarının buraxılış imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərlə nə vaxt əlaqə saxlayacağına aydınlıq gətirib.
 

Modern.az-ın məlumatına görə, M.Abbaszadə deyib ki, bu gündən etibarən DİM-də apellyasiya şikayətlərinə baxmağa başlayacaqlar.

İlk növbədə 5-6 mart tarixli buraxılış imtahanlarının nəticələrindən narazı qalan abituriyentlərlə əlaqə saxlanılacaq. Öncə əlaqə vasitəsi kimi telefon nömrəsi verənlər qabağa salınacaq. Sonra Zoom proqramı vasitəsini seçənlərlə əlaqə saxlanılacaq.

M.Abbaszadənin sözlərinə görə, apellyasiya şikayəti verən abituriyentlər arasında elələri var ki, öz cavablarını açıb baxmayıb və kor-koranə narazılıq ediblər. Yəni şikayətlərini düzgün əsaslandırmayıblar.

DİM əsaslandırılmamış şikayətlərə baxmayacaq.

M.Abbaszadə apellyasiya şikayəti verənlərin sayının əvvəlki illərlə müqayisədə xeyli çox olmasını sensasiya kimi təqdim edilməsi ilə razılaşmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal