Modern.az

II qrup üzrə sifarişli yerlərin sayı azalıb

II qrup üzrə sifarişli yerlərin sayı azalıb

16 Aprel 2022, 13:26

“Bizdə ilkin sənəd verənlər 98 minə çatıb. Üçüncü qrup üzrə 18 min, dördüncü qrup üzrə 4364 nəfər sənəd verən var".

 

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

 

M.Abbaszadə bildirib ki, ən kəskin mübarizə dördüncü qrupdadır: "Bura sənəd verənlərin tam yarısı 184 baldan aşağı nəticə göstərib. Bu indi yaranan müsabiqə vəziyyətidir”.

 

DİM sədri qeyd edib ki, bu il dəqiq ikinci cəhd olacaq: “I qrup üzrə təxminən 7%, III qrup üzrə sənədlərin sayı isə 5,3 % artıb. I qrup üzrə dövlət sifarişli yerlərin sayı artıb, II qrup üzrə dövlət sifarişli yerlərin sayı azalıb. Bu da bəzi ixtisasların III qrupa keçməsi ilə əlaqədardır. Ümumi yerlərin sayı 4,65% artıb. Bu, hələ təsdiqlənməmiş rəqəmlərdir. Müsabiqə vəziyyəti III və IV qruplar üzrə həmişə olduğu kimi daha gərgin olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal