Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.
Modern.az Ria Novosti-yə istinadən xəbər verir ki, telefon söhbəti zamanı tərəflər Ukrayna ətrafındakı vəziyyəti və Yəməndəki nizamlama prosesini müzakirə ediblər.
Məlumata görə, danışıq Səudiyyə tərəfinin təşəbbüsü ilə gerçəkləşib.
“Beynəlxalq gündəmdə olan bəzi mövzular ətrafında fikir mübadiləsi aparılıb”,- deyə Kremlin mətbuat xidməti bildirib.
Putin və Səudiyyə şahzadəsi söhbət əsnasında OPEK+ formatında aparılan birğə işləri müsbət qiymətləndiriblər.
“OPEK+ formatında dünya neft bazarında sabitliyinin təmin edilməsinə yönəlmiş birgə işə müsbət qiymət verilib”, - məlumatda deyilir.
Əlavə olunur ki, söhbət zamanı ikitərəfli əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət-iqtisadi sahə də müzakirə edilib.
“Rusiya və Səudiyyə Ərəbistanı arasında qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı meyl ifadə olunub”.
Putin Səudiyyə Ərəbistanı rəhbərliyini və xalqını müsəlmanların müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.